MÜSABİQƏ

UEFA reytinqində 2 yerdəyişmə
14 AVQUST
180

UEFA reytinqində 2 yerdəyişmə

2019-08-14 16:46:00

Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunları davam edir.

Fins.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasında 10, Avropa Liqasında isə 3 görüş keçirilib.Bu qarşılaşmalardan sonra UEFA reytinqində 2 yerdəyişmə olub. Reytinqdə qonşu olan ölkələrdən Danimarka Çexiyanı, Rumıniya da Lixtenşteyni qabaqlayıb. Azərbaycan isə xal ehtiyatını artıra bilməyib. Buna Qarabağ-ın Çempionlar Liqasında öz meydanında APOEL-ə məğlubiyyəti səbəb olub.

Ölkəmizin cari mövsümdəki qazancı 2,125 xalda qalıb. Azərbaycan son 5 mövsümün ümumi nəticələrinə əsasən 17,500 xalla 26-cı pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır