MÜSABİQƏ

"Qalatasaray" bu mövsümun ilk kubokunu qazandı
08 AVQUST
302

"Qalatasaray" bu mövsümun ilk kubokunu qazandı

2019-08-08 11:16:00

Türkiyə Superkubokunun qalibi müəyyənləşib. 

Fins.az xəbər verir ki, ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb. Ankarada keçirilən oyunda “Qalatasaray”  Yunus Belhandanın qolu ilə (38-ci dəqiqə) 1:0 qalib gələrək növbəti titulunu qazanıb.  Qeyd edək ki, "Qalatasaray" tarixində 6-cı dəfə Superkubokun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır