MÜSABİQƏ

Renat Dadaşov İngiltərə çempionatında
07 AVQUST
944

Renat Dadaşov İngiltərə çempionatında

2019-08-07 13:34:00

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  "Vulverhempton" klubuna transfer olunduğu xəbəri yayılıb.

Fins.az xəbər verir ki, 20 yaşlı hücumçu ilə müqavilə imzalandığı vurğulanıb. Anlaşmanın detalları barədə məlumat verilməyib.

Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Eştoril"dən transfer etdiyi R.Dadaşovu daha sonra derhal Portuqaliyanın digər klubu "Pakoş de Ferreyra"ya icarəyə verib.

Renat Dadaşov ötən il "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır