MÜSABİQƏ

13.7 milyonluq futbolçu 80 milyon avroya satıldı - RƏSMƏN
05 AVQUST
293

13.7 milyonluq futbolçu 80 milyon avroya satıldı - RƏSMƏN

2019-08-05 12:14:00
"Lester”in futbolçusu Harri Maquayr "Mançester Yunayted”ə keçir.
 
Fins.az xəbər verir ki, bu barədə "Lester"in baş məşqçisi Brendan Rodcers məlumat verib. Mütəxəssis bildirib ki, 26 yaşlı müdafiəçinin transferini "Mançester Yunayted”lə razılaşdırıblar. "Qırmızı-şeytanlar" Maquayr üçün 80 milyon avro ödəyəcək.
 
"Klublar transferi razılaşdırıb. İndi Harri özü "Mançester Yunayted”lə şəxsi müqavilə şərtlərini razılaşdırmalıdı. Bu, onun öz işidi. Güman edirəm ki, istirahət günlərindən sonra çox şeyə aydınlıq gələcək" deyə mütəxəssis bildirib.
 
Qeyd edək ki, Maquayr "Lester"ə 2017-ci ildə "Hall Siti"dən 13.7 milyon avroya transfer olunub. Ötən mövsüm 32 rəsmi oyuna çıxaraq 3 qol vuran müdafiəçi əvvəllər "Şeffild Yunayted" və "Viqan"da çıxış edib. 26 yaşlı futbolçu 2017-ci ildən dəvət aldığı İngiltərə millisində 20 oyun keçirərək 1 qol vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır