MÜSABİQƏ

"Borussiya" Almaniya Super Kubokunu qazanıb
05 AVQUST
146

"Borussiya" Almaniya Super Kubokunu qazanıb

2019-08-05 10:10:00

Futbol üzrə Almaniya Super Kuboku matçında Dortmund "Borussiya"sı ilə "Bavariya" komandaları üz-üzə gəlib.

Fins.az-ın məlumatına görə, "Siqnal İduna Park"da keçilmiş görüş "Borussiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə Pako Alkaser, 69-cu dəqiqədə isə Sanço vurub.

Beləliklə, "Borussiya" tarixində 6-cı dəfə Almaniya Super Kubokunu qazanıb. Bu mükafatı ən çox - 7 dəfə qazanan komanda isə "Bavariya"dır.

Qeyd edək ki, Almaniya Bundesliqasında yeni mövsüm avqustun 16-da "Bavariya" - "Herta" matçı ilə start götürəcək. Dortmund "Borussiya"sı isə ertəsi gün "Auqsburq"u qəbul edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır