MÜSABİQƏ

APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb
05 AVQUST
206

APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb

2019-08-05 10:08:00

Kiprdə APOEL və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb. 

Fins.az-ın məlumatına görə, avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. 

APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)

Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan Massa indiyədək həm Kipr APOEL-i, həm də "Qarabağ"ın bir oyununu idarə edib. 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar"la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb - 1:1. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır