MÜSABİQƏ

"Zenit" "Barselona"nın hücumçusunu transfer edib
02 AVQUST
163

"Zenit" "Barselona"nın hücumçusunu transfer edib

2019-08-02 14:59:00

"Barselona"nın hücumçusu Malkom Rusiyaya köçür.

Fins.az-ın məlumatına görə, Braziliya millisinin üzvü "Zenit"lə anlaşıb. Klublar arasında danışıqlara artıq yekunlaşıb. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib.

22 yaşlı vinger həftə ərzində Rusiyaya yollanaraq, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik müqavilə imzalayacaq.

Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək. Malkom "Barselona"ya ötən il 41 milyon avro qarşılığında "Bordo"dan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır