MÜSABİQƏ

“Arsenal” Amerika Kubokunun bombardirini alır
29 İYUL
130

“Arsenal” Amerika Kubokunun bombardirini alır

2019-07-29 11:18:00

İngiltərənin “Arsenal” klubu Braziliya millisinin futbolçusu Everton Soaresi transfer edəcək.

Fins.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı hücumçunun keçidi üçün Braziliyanın “Qremio” klubuna 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Everton Braziliya millisinin heyətində 12 oyuna 3 qol vurub. O, bütün qolları qalibi olduqları Amerika Kubokunda rəqib qapısından keçirib. Gənc hücumçu Peru yığmasının futbolçusu Xose Paolo Gerrero ilə birgə turnirin şərikli bombardiri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır