MÜSABİQƏ

"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir
22 İYUL
118

"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

2019-07-22 10:37:00

"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir.

Fins.az-ın məlumatına görə, paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. Bildirilir ki, "Roma" 31 yaşlı idmançını 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Bu barədə klublar anlaşsa da, İquainin təklifi qəbul etmədiyi qeyd edilir. "Yuventus"un təcrübəli futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadacağı və icarəyə göndərməyə razı salacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır