MÜSABİQƏ

"Qarabağ"ın problemi həll olunur?
10 İYUL
241

"Qarabağ"ın problemi həll olunur?

2019-07-10 12:54:00
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani" meydana tam heyətlə çıxmayacaq.
Fins.az xəbər verir ki, komandanın yeni transferləri - venesuelalı yarımmüdafiəçi Aritoteles Romero və yamaykalı hücumçu Brayan Braun Azərbaycan çempionu ilə oyunda meydanda olmayacaq. 
Hər iki futbolçu komandanın düşərgəsinə qoşulub və UEFA-ya göndərilən sifariş ərizəsinə salınıb. Amma fiziki vəziyyətləri istənilən səviyyədə olmadığından matçı kənardan izləyəcəklər.
Qeyd edək ki, sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19.30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269