MÜSABİQƏ

Messini iki illik ağır cəza gözləyir
09 İYUL
149

Messini iki illik ağır cəza gözləyir

2019-07-09 10:41:00

Cənubi Amerikanın futbol konfederasiyası (CONMEBOL) Argentina yığmasının kapitanı Lionel Messini cəzalandırmağa hazırlaşır.

Fins.az xəbər verir ki, buna səbəb Messinin konfederasiyanı korrupsiyada ittiham etməsidir.

Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra konfederasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarının Braziliyanın turnir qalibi olmaq üçün çalışdıqlarını deyib.

Qurum 32 yaşlı hücumçunun bu açıqlamasına artıq münasibət bildirib və belə addımları “qəbulolunmaz” sayıb.

Bununla kifayətlənməyən CONMEBOL rəhbərliyi Messini 2 il millinin oyunlarından kənarlaşdırmaq fikrindədir.

Bu cəza tətbiq olunarsa, Messi Amerika Kuboku-2020 və DÇ-2022-nin seçmə mərhələsinin oyunlarını buraxmalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271