MÜSABİQƏ

Messiyə böyük ŞOK! 2 il uzaqlaşdırıla bilər
08 İYUL
371

Messiyə böyük ŞOK! 2 il uzaqlaşdırıla bilər

2019-07-08 12:26:00

Cənubi Amerika futbol konfederasiyası Argentina millisinin kapitanı Lionel Messini cəzalandırmağa hazırlaşır.

Fins.az xəbər verir ki, buna səbəb futbolçunun federasiyanı korrupsiyada ittiham etməsidir. Qurum 32 yaşlı forvardı bu açıqlamasına görə 2 il millinin oyunlarından kənarlaşdırmağı düşünür.

Əgər bu cəza tətbiq olunsa, Messi Amerika kuboku-2020-ni və DÇ-2022-nin seçmə mərhələsini buraxacaq.
Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır