MÜSABİQƏ

“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb
04 İYUL
138

“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb

2019-07-04 16:29:00

Londonun “Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. 

Fins.az-ın APA-ya  istinadən məlumatına görə, “zadəganlar”ın “sükanı arxasına” sabiq futbolçusu Frank Lempard gətirilib. 

“Çelsi”nin tarixinə düşmüş oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu postda "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyən sabiq yarımmüdafiəçi yeni klubunda ilinə 4,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, F. Lempard 2001-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub. 41 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə isə 2018-ci ildə “Derbi Kaunti”də başlayıb. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027