MÜSABİQƏ

“Roma” heyətini yeni qapıçı ilə gücləndirir
02 İYUL
118

“Roma” heyətini yeni qapıçı ilə gücləndirir

2019-07-02 18:08:00

İtaliyanın “Roma” klubu İspaniya “Betis”inin futbolçusu Pau Lopesi transfer edir.

Fins.az-ın məlumatına görə, ispaniyalı qapıçının keçidi ilə bağlı danışıqlar müsbət yekunlaşıb.

Sevilya təmsilçisi qolkiperi 18 milyon avroya buraxmağa razılıq verib. “Betis”in transferdən qazancı təkcə bu məbləğ olmayacaq. Belə ki, Romanın eyniadlı təmsilçisi “Cenoa”ya icarəyə göndərilən hücumçu Antonio Sarabiyanın transfer hüquqlarının 50 faizini də “Betis”ə verəcək.

Qeyd edək ki, P.Lopes ötən mövsüm 35 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027