MÜSABİQƏ

Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır
25 İYUN
858

Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır

2019-06-25 16:33:00

İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.

Fins.az xəbər verir ki, Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb. Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır