MÜSABİQƏ

Millimiz FİFA reytinqində də gerilədi
14 İYUN
151

Millimiz FİFA reytinqində də gerilədi

2019-06-14 15:01:00

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Fins.az xəbər verir ki, Azərbaycan yığması 2 pillə geriləyib. Bu, AÇ-2020-nin seçmə mərhələsində Macarıtsan (1:3) və Slovakiyaya (1:5) məğlubiyyətlərə görə baş verib.
Son siyahıda 1202 xalla 108-ci olan yığma yenilgilərə görə 14 xal itirib. 1188 xal isə komandanı 110-cu pilləyə salıb. Milli bu pilləni Bəhreynlə bölüşür. Ən yaxın qonşular isə Zimbabve (109) və Mərkəzi Afrika Respublikası (111) olacaq.
Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272