MÜSABİQƏ

“Real” fransalı müdafiəçi ilə 6 illik müqavilə imzalayıb
13 İYUN
149

“Real” fransalı müdafiəçi ilə 6 illik müqavilə imzalayıb

2019-06-13 11:13:00

İspaniyanın “Real” klubu yay fasiləsində növbəti transferini rəsmiləşdirib.

Fins.az-ın məlumatına görə, belçikalı Eden Azar və serbiyalı Luka Yoviçin ardınca Fransa millisinin futbolçusu Ferlan Mendi də Madrid klubuna keçib.

Ölkəsinin “Lion” klubundan transfer olunan 24 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Onun keçidi 48 milyon avroya başa gəlib. Lakin bu məbləğ bonuslar hesabına daha 5 milyon avro arta bilər. 

Yeni transferin təqdimatı iyunun 19-da “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272