MÜSABİQƏ

Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb
11 İYUN
152

Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi rəsmən açılıb

2019-06-11 12:48:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

Fins.az-ın məlumatına görə, klublar yeni oyunçularını sentyabrın 2-dək Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər. Hələlik çempion "Qarabağ" və ölkə kubokunun sahibi "Qəbələ" istisna olmaqla, qalan 6 klub heyətinə yeni oyunçular cəlb edib. Lakin onların hamısı daxili transferlərdir və xaricdən heç bir oyunçu gətirilməyib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272