MÜSABİQƏ

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub
10 İYUN
115

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub

2019-06-10 09:58:00

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Fins.az-ın Report-a istinadən məlumatına görə, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdır. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272