MÜSABİQƏ

Messinin məsləhət bildiyi futbolçu
04 İYUN
712

Messinin məsləhət bildiyi futbolçu

2019-06-04 13:12:00

"Barselona"nın futbolçusu Lionel Messi Amerika kuboku üçün Argentina millisinin düşərgəsinə yola düşməzdən əvvəl klub rəhbərliyi ilə görüşüb.

Fins.az xəbər verir ki, görüş vaxtı o, "Atletiko"nun futbolçusu Antuan Qrizmannın Kataloniya təmsilçisinə mümkün transfer ilə bağlı mövqeyini açıqlayıb. Argentinalı hücumçu yenə də fransalı oyunçunun "Barsa"ya keçidinə narazı olub. Çünki Qrizmannın ötən yay Kataloniya klubunun təklifinə baxmayaraq, "Atletiko"da qalmağa qərar verməyi  onun xoşuna gəlməyib.

Messi Qrizmannın yerinə PSJ-nin hücumçusu Neymarı komandaya qaytarmağı daha düzgün hesab edib.

Qeyd edək ki, Qrizmann bu yay "Atletiko"dan ayrılacağını yazıb. Onunla "Barselona" və "Mançester Yunayted"in maraqlandığı iddia olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272