MÜSABİQƏ

Mxitaryan Bakıya gəlmir! – "Arsenal" rəsmən açıqladı
21 MAY
310

Mxitaryan Bakıya gəlmir! – "Arsenal" rəsmən açıqladı

2019-05-21 17:47:00

"Arsenal" futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib.

Fins.az-ın məlumatına görə,  klubun rəsmi saytı vasitəsi ilə yayılan açıqlamada erməni yarımmüdafiəçinin Bakıya gətirilməyəcəyi vurğulanıb:

"Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".

Qeyd edək ki, "Arsenal" Avroliqanın finalında mayın 29-u "Çelsi" ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264