MÜSABİQƏ

"Yuventus"un yeni baş məşqçisi məlum olur
21 MAY
317

"Yuventus"un yeni baş məşqçisi məlum olur

2019-05-21 10:45:00

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Fins.az İtaliya mətbuaatına istinadən yaydığı xəbərə görə, "Latsio"nun çalışdırıcısı Simone İnzagi Turin təmsilçisinə keçməyə yaxındır. "Yuventus"un idman direktoru Fabio Paratiçi 43 yaşlı mütəxəssislə görüşüb və əməkdaşlığın detallarını müzakirə edib. S.İnzagi bu kluba keçməyə razılıq verib.

Qeyd edək ki, "Yuventus" hazırkı baş məşqçisi Massimiliano Alleqri ilə bu mövsümün sonu yolları ayıracağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır