MÜSABİQƏ

Qrizmann "Atletiko"dan gedir - RƏSMİ
15 MAY
298

Qrizmann "Atletiko"dan gedir - RƏSMİ

2019-05-15 14:09:00

Antuan Qrizmannın "Atletiko”dan gedəcəyi dəqiqləşib.

Fins.az-ın məlumatına görə, bu barədə klubun "tvitter” hesabında informasiya yerləşdirilib. Bu gün rəhbərliklə və baş məşqçi Dieqo Simeone ilə görüşən forvard getmək fikrinə düşdüyünü gizlətməyib. "Hindular”la olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək futbolçunun transfer dəyəri 120 milyon avrodur.

Qrizmann "Barselona” və PSJ-nin əsas transfer hədəfidir. Onunla "Bavariya” da yaxından maraqlanır. Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da top qovan Fransa millisinin hücumçusu madridlilərin formasıyla çıxdığı 175 oyunda 94 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271