MÜSABİQƏ

"Barselona", "Mançester Siti" və "Bavariya" onu istəyir
15 MAY
140

"Barselona", "Mançester Siti" və "Bavariya" onu istəyir

2019-05-15 14:06:00

"Atletiko"nun futbolçusu Rodri Hernandes (Rodrigo) Avropanın 3 böyük klubunun maraq dairəsinə düşüb.

Fins.az-ın məlumatına görə, "Barselona", "Mançester Siti" və "Bavariya"nın 22 yaşlı yarımmüdafiəçinin təzminat qiyməti olan 70 milyon avronu ödəməyə hazır olduğu bildirilib.

Ancaq Madrid klubu rəhbərliyi futbolçunu satmazdan əvvəl onun əvəzləyicini transfer etmək niyyətindədir. "Atletiko"nun R.Hernandesin yerinə "Real"ın yarımmüdafiəçisi Markos Llorenteni almaq istədiyi iddia olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264