MÜSABİQƏ

Londondan Bakıya: İngilislərin yol xərci nə qədər olacaq? FİNS
13 MAY
635

Londondan Bakıya: İngilislərin yol xərci nə qədər olacaq? FİNS

2019-05-13 17:50:00

Avropa Liqasının finalı ilə bağlı “Çelsi” ilə “Arsenal”ın azarkeşləri Bakıya gəlmək üçün çətinlik çəkəcəklər.

Belə ki, finalçıralın təmsil etdiyi şəhər London olduğu üçün  minlərlə azarkeş eyni şəhərdən Bakıya axın edəcək. İngilis klubların azarkeşləri 12 min olacağı gözlənilir.

Çünki, "Çelsi" ilə "Arsenal"ın azarkeşlərinə 18,8% (12 min) bilet ayrılıb, 58,6% neytral, 22,6% isə sponsor və təşkilatçılar üçün yer ayrılıb.

Fins.az azarkeşlərin yol xərclərini hesablayıb.

Versiya 1: London- Bakı

Bakıya 27 may gəlmək: Kiyev və Xarkov şəhərlərində eniş etmək. 14 saat uçuş

Londona 31 mayda qayıdış:  Xarkov və İstambulda eniş etmək. 31 saat uçuş

Qiymət: 1115 AZN

Versiya 2: London - Bakı

Bakıya 28 may gəlmək: Ştutqart və Ankarada eniş etmək. 15 saat uçuş.

Londona 31 mayda qayıdış: Moskva və Eyndxovendə eniş etmək. 13 saat uçuş.

Qiymət: 1164 AZN

Qeyd edək ki, Bristol və ya Mançester şəhərlərindən də Bakıya uçmaq olar. 

Avropa Liqasının finalı mayın 29-da Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır