MÜSABİQƏ

"Qəbələ" ili yarım milyon zərərlə tamamladı
10 MAY
160

"Qəbələ" ili yarım milyon zərərlə tamamladı

2019-05-10 16:24:00

"Qəbələ" klubu 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Fins.az-ın məlumatına görə, əyalət təmsilçisinin ötən il gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib. Bilet və abunəlikdən 100 min, UEFA-dan pul mükafatı kimi 1 milyon 658 min manat, digər gəlirlər isə 6 milyon 84 min manat olub. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 432 min manat, gənclər futbolunun inkişafına 1 milyon 416 min manat, digər xərclərə 6 milyon 455 min manat sərf olunub. Maliyyə ili üçün ümumi zərər 555 min manat olub. Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264