MÜSABİQƏ

Henrix Mxitaryan Bakıya gələcəkmi?
10 MAY
154

Henrix Mxitaryan Bakıya gələcəkmi?

2019-05-10 12:53:00

Avropa Liqasında finala vəsiqə qazanan "Arsenal" problemlə üzləşib.

Fins.az-ın məlumatına görə, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryan həlledici qarşılaşmanı buraxa bilər. Azərbaycanla Ermənistan arasında davam edən münaqişə, üstəlik, Mxitaryanın 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfəri onun ölkəmizə buraxılmasına maneə yaradır. Bu səbəbdən "Arsenal" klubu yarımmüdafiəçisinin Bakıya gəlib-gəlməyəcəyini hələ bilmir. UEFA bu məsələdə İngiltərə təmsilçisini dəstəkləsə də, son sözü Azərbaycan tərəfi deyəcək. Qeyd edək ki, "Arsenal" - "Çelsi" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (matc.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264