MÜSABİQƏ

"Qalatasaray" ulduz futbolçunu transfer edir
08 MAY
187

"Qalatasaray" ulduz futbolçunu transfer edir

2019-05-08 15:22:00

Türkiyənin "Qalatasaray" klubu Hollandiya millisinin və İngiltərə "Fuhem" klubunun futbolçusu Rayan Babellə razılıq əldə edib.

Fins.az xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Forvard bu vaxt ərzində 10 milyon avro qazanacaq.

Qeyd edək ki, Rayan Babelin hazırkı klubu "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatır. Təcrübəli oyunçu bu ilin əvvəlində Türkiyənin digər komandası "Beşiktaş"dan London klubuna keçib. Babel karyerası ərzində "Liverpul" və "Ayaks"da çıxış edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264