MÜSABİQƏ

Madrid klubunun ulduz futbolçusu komandadan ayrılır
08 MAY
164

Madrid klubunun ulduz futbolçusu komandadan ayrılır

2019-05-08 11:31:00

Atletiko"nun futbolçusu Dieqo Qodin bu mövsümün sonu Madrid klubunu tərk edəcək.

Fins.az-ın məlumatına görə, bu barədə o, mətbuat konfransında bildirib. 33 yaşlı müdafiəçi qərarını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib: "Bura mənim ailəm, klubum və evimdir. Əlvida, demək çox çətindir. "Atletiko"da möhtəşəm vaxt keçirdim.

Qalmağımla bağlı görüşlərimiz oldu, amma razılığa gələ bilmədik. Hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, 2010-ci ildən Madrid təmsilçisində oynayan Qodinin "İnter"ə keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271