MÜSABİQƏ

Matadan gözlənilməz qərar
08 MAY
189

Matadan gözlənilməz qərar

2019-05-08 11:10:00

Yayda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Xuan Mata İspaniyaya qayıda bilər.

Fins.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni sözləşmə təklifini rədd edən ispaniyalı yarımmüdafiəçi "Barselona"da oynamaq istəyir. Kataloniylar 31 yaşlı futbolçu ilə hələ yanvar ayında danışıq aparsa da, onu azad agent kimi transfer etmək üçün mövsümün sonunu gözləməyi məqsədəuyğun saymışdı. Artıq Mata "Barselona" rəhbərliyinə öz şərtlərini çatdırıb. Təcrübəli oyunçu 2+1 illik müqavilə və ilinə 5 milyon avro məvacib tələb edir. Qeyd edək ki, 2011-ci ilin yayında "Valensiya"dan "Çelsi"yə keçən Mata 2,5 ildən sonra "Mançester Yunayted"ə transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır