MÜSABİQƏ

İlin transfer bombası reallaşır
24 APREL
1149

İlin transfer bombası reallaşır

2019-04-24 17:28:00

"Mançester Yunayted"in ulduzu Paul Poqba ilə bağlı yeni xəbər yayılıb.

Fins.az xəbər verir ki, fransalı futbolçu İngiltərə klubundan ayrılmaq qərarına gəlib. Onun bu barədə komanda yoldaşlarına dediyi bildirilir. Artıq yorulduğunu deyən Poqba qərarının qəti oldğunu qeyd edib.

Həmçinin iddia edilib ki, fransalı futbolçu "Real"la müqavilə imzalayacaq. Qeyd edək ki, Poqba bundan əvvəl verdiyi açıqlamada "Mançester Yunyted"dən ayrılacağı halda "Real"da oynamaq istədiyini bildirmişdi. Madrid klubunun baş məşqçisi Zidan da onunla bağlı müsbət fikirlər səsləndirmişdi: "Onu yaxından tanıyıram. Çox fərqli futbolçudu. Poqba qədər komandaya xeyir verən oyunçu sayı azdı".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264