MÜSABİQƏ

"Yuventus" Ronaldonu transfer danışıqlarına qoşdu
23 APREL
327

"Yuventus" Ronaldonu transfer danışıqlarına qoşdu

2019-04-23 17:33:00

"Yuventus" "Benfika"nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.

Fins.az xəbər verir ki, Turin klubu 19 yaşlı futbolçunun transferinə Kriştiano Ronaldonu da cəlb edib. Portuqaliyalı ulduz klub rəhbərliyinə gənc həmyerlisini razı salmaqda kömək etməyə çalışacaq. Xəbərdə həmçinin bildirilir ki, "Benfika" Feliks üçün 120 milyon avro tələb edir.

"Mançester Siti" bu məbləği ödəməyə hazır olduğunu bildirib. "Yuventus" isə qiyməti aşağı salmağa çalışır. Gənc futbolçu özü isə Ronaldo ilə eyni komandada oynamaq istəyir. Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm oynadığı 38 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263