MÜSABİQƏ

"Çelsi" Eden Azarın transfer qiymətini aşağı salıb - FİNS
19 APREL
325

"Çelsi" Eden Azarın transfer qiymətini aşağı salıb - FİNS

2019-04-19 17:02:00

İngiltərə təmsilçisi "Çelsi" futbolçusu Eden Azarın transfer qiymətini aşağı salıb.

Fins.az AS nəşrinə istinadən xəbər verir ki, qərar mövsümün sonunda 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyən İspaniya "Real Madrid"i ilə danışıqlar ərəfəsində verilib. London təmsilçisi daha öncə belçikalı oyunçu üçün 116 milyon avro tələb edib.

Hazırda isə bu məbləğ 103-105 milyon avroya qədər endirilib. Madrid təmsilçisi isə Azar üçün 80-90 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, Eden Azar 2012-ci ilin yayında Fransa "Lill"indən 35 milyon avro qarşılığında "Çelsi"yə keçib. O, cari mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna 16 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271