MÜSABİQƏ

"Qarabağ" ilə "Neftçi" 800 manat CƏRİMƏLƏNDİ
17 APREL
126

"Qarabağ" ilə "Neftçi" 800 manat CƏRİMƏLƏNDİ

2019-04-17 11:59:00

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

“Qarabağ” – “Sabah” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” görüşündə “neftçilər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir.

Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaq komandanın məşqçisi Elmar Baxşıyev hakimə kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Matçın gedişində qonaqların üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266