MÜSABİQƏ

Gəncləri və repetitorları sevindirəcək – YENİ LAYİHƏ
06 MART 2017
4248

Gəncləri və repetitorları sevindirəcək – YENİ LAYİHƏ

2017-03-06 10:23:00

Gündəlik həyatda tələbə və abiturientləri düşündürən suallar: Hansı repititoru seçməli? Repetitorların təhsilini, iş təcrübəsini asan şəkildə haradan öyrənməli? Və bu kimi suallara necə tez, effektiv cavab tapmalı? Gəlin bu problemlərə cavab tapaq.    

Günümüzdə orta və ali məktəblərdə təhsil alan gənclərin əsas problemlərindən biri hazırlıqla bağlıdır. Bu istər müxtəlif fənlər, xarici dillər, magistratura, istərsə İT, r musiqi, idman və digər hazırlıqlarla bağlıdır. Hansı ki, şagird və tələbələr xüsusilə ali məktəblərə, magistraturaya və müxtəlif xarici dillərə hazırlaşarkən hansı repetitora və ya hansı kursa müraciət edəcəklərini, hansının daha effektli olacağını, hansı repetitorların daha peşəkar olduğunu bilmirdilər. Çıxılmaz vəziyyətdə qalırdılar. Beləliklə də həm zamanları, həm pulları boş yerə getmiş olurdu və heç bir effektli nəticəsi yaranmırdı.

Peşəkar repetitorların əsas probeblemlərindən biri isə ölkə ərazisində, xüsusilə hazırlıq kurslarının artması ilə əlaqədar yetərli sayda şagirdlərin və tələbələrin dərslərinə cəlb edilə bilməməsi və ya şagird və tələbələr tərəfindən tanınmamaları idi.

Əsas şagird və tələbə ehtiyatları kurslara müraciət etdiyindən peşəkar repetitorlar ya işsiz qalır və ya ağır şərtlər altında hazırlıq kurslarında işləməyə məcbur olurdular. Bu isə onların iş fəaliyyəti ilə bərabər peşəkarlıqlarına da mənfi təsir göstərirdi.

Məhz bütün bu sadalananları nəzərə alaraq şagirdlər, tələbələr və peşəkar repetitorlar üçün www.ferdiders.az layihəsi təsis olundu. Artıq repetitorlar bu saytda qeydiyyatdan keçərək şagirdlərin və tələbələrin onlara sadəcə müraciət etməsini gözləyəcəklər. Şagird və tələbələr isə evdən heç yerə getmədən sadəcə sayta daxil olmaqla özlərinə lazım olan kateqoriya, fənn və şəhər üzrə öz ünvanına yaxın, büdcəsinə uyğun peşəkar repetitorları seçə, onun saytda yaradılmış profilinə daxil ola və onların dərslərinə yazılmaq üçün müraciət edə biləcəklər. Müraciətdən dərhal sonra şagirdlərlə əlaqə saxlanılacaq.

Saytda hazırda 8 kateqoriya və hər kateqoriya üzrə fənlər mövcuddur. Kateqoqiyalar Məktəb fənnləri, Magistraturaya hazırlıq , Xarici dillər, İT-WEB, Musiqi, Sənət, Türkiyəyə hazırlıq və İdmandır.

Layihənin əsas məqsədləri, müəllim heyətini bir araya toplamaq və aralarında rəqabət yaratmaq, müəllim və şagird, tələbə arasında əlaqə yaratmaqdan ibarətdir.

Bizlər gənclərin işıqlı gələcəyi üçün çalışanlarıq.        

Müəllif: Nicat Zamanov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300