MÜSABİQƏ

Məhdud imkanlarla öz biznesini qur – XƏYALLAR GERÇƏKLƏŞİR
13 FEVRAL 2017
3175

Məhdud imkanlarla öz biznesini qur – XƏYALLAR GERÇƏKLƏŞİR

2017-02-13 15:35:00

Biznes qurmaq hər bir kəsin xəyalı ola bilər, amma bunu reallaşdırmaq zəhmət və maddi vəsait tələb edir. Yeni bir biznes qurmaq təcrübəli iş adamları üçün asan və əlçatan olsa da, daha əvvəl iş təcrübəsi olmayan, hətta ali təhsilini başa vurmamamış, o qədər də yüksək gəlir əldə etməyən tələbələr üçün bu iş kifayət qədər çətindir. Sözsüz ki, yeni bir müəssisə açmaq, yeni bir biznes ideyası verməkdən daha ağırdır.

Bu gün dünyada, o cümlədən Azərbaycanda çox parlaq ideyaları olan, lakin onları həyata keçirmək imkanı olmayan gənclər var. Səbəbi isə görüləcək işin həddindən artıq maddi vəsait tələb etməsidir.

Sözsüz ki, banklarda kiçik və orta bizneslər üçün güzəştli kredit tarifləri mövcuddur və yeni bir biznes qurmaq istəyən hər bir kəs ( maddidurumukreditgötürmək üçünuyğunolan) bu fürsətlərdən yararlana bilər. Ancaq bu məsələ əlverişli olduğu qədər də riskilidir. Çünki, biznesdən gözlədiyi gəliri əldə edə bilməyən sahibkar banka borclana bilər.

Bir tələbə üçün restoran, kafe kimi bir iaşə müəssisəsi, yaxud bir mağaza açmaq, mənim fikrimcə əlverişli olmazdı. Bu cür müəssisələrin yaxşı gəlir gətirmək ehtimalı olsa da, xərci çoxdur və az öncə də qeyd etdiyim kimi, sahibkar gözlənilən gəliri əldə etməyə də bilər. Mən isə tələbələrə uyğun bir biznes planının nə ola biləcəyini fikirləşdim. Bu günə qədər bir sıra biznes planları barədə eşitmişdim, arasında bəyəndiklərim də çox idi, ancaq düşündüm ki, mən bir tələbə olaraq bu cür biznes qurmaq iqtidarında deyiləm. Buna görə də öz maddi durumuma və imkanlarıma uyğun bir biznes ideyası tapdım.

Öncəliklə, mən öz qurduğum biznesin xərclərini hazırladığım məhsulun keyfiyyətinə xələl gətirmədən azaltmalıyam. Daha sonra isə bir xanım tələbə üçün uyğun bir işin nə ola biləcəyini düşündüm. Bu biznes planı, mənim həm maraqlarımı, həm imkanlarımı əhatə etməli idi. Mənim təklif etdiyim plan tələbələrə, xüsusəndə tələbə xanımlara uyğundur.

Biznes ideyamın mahiyyəti evdə müxtəlif şirniyyatlar hazırlayıb satmaqdan ibarətdir. İlk baxışdan sadə görünə bilər, ancaq mənim imkanlarıma görə daha realdır və heç bir risk ehtiva etmir. Ən maksimal risk sobada bişirdiyim şirniyyatı yaddan çıxarıb yandırmaq ola bilər ki, bunun üçün də sadəcə bir az diqqətli olmalıyam.

Biznesin ilk mərhələsi üçün sadə bir menyu tərtib edib, işə tək başlaya bilərəm. Satış dairəm də məhdud olacaq, ilk dönəmdə sadəcə yaşadığım binada, daha sonra nisbətən geniş ərazilərə sata bilərəm. Düşünürəm ki, ilk başlarda özümü təsdiqləyənə və tanıdana qədər satış bir o qədər də çox olmayacaq. Ancaq müştərilər məhsullardan razı qalsalar, satış artacaq. Menyu da zamanla genişlənəcək, təcrübəm artdıqca yeni şirniyyat növlərini menyuya daxil edəcəm və öz fantaziyama uyğun olaraq yeni məhsullar hazırlayacam.

Yeni menyuda mənə məxsus özəl şirniyyat növləri də olacaq. Əl qabiliyyətimə güvənirəm, inanıram ki, yaxşı şirniyyat hazırlaya bilərəm. Məni digərlərindən üstün edən cəhətlər:

- Mənim şirniyyatlarım çeşid cəhətdən az olsa da, olduqca keyfiyyətli məhsullardan istifadə edəcəm.
- Təmizliyə maksimum riayət edəcəm;
- Müştərilərə əsl evdə hazırlanmış şirniyyatlar təklif edəcəm;
- Əl qabiliyyətimə güvənirəm;
- Sifarişlə hazırlandığına görə məhsullar daima təzə olacaq;
- Kirayə xərclərindən azad olduğuma görə məhsul daha ucuz olacaq. Evdə hazırlanmış bir şirniyyat mağazadan aldıqlarımızdan təqribən, 30% ucuz ola bilir.

Mənfi cəhəti isə məhdud seçim və satış dairəsinin olmasıdır ki, irəliləyən zamanlarda biznes genişləndikcə daha geniş ərazilərə,daha geniş çeşiddə və daha çox məhsul satmaq mümkün olacaq. Məqsədimalıcılarımakimyəviqatqılardanmaksimumuzaq, keyfiyyətliev şirniyyatları təqdimetməkdir.

İşindigərbir önəmlihissəsi, elanverməkdirvə mənbuməsələniilkdönəmdə sadəcə yaxın ətrafdabubarədə məlumatverməklə kifayətlənə biləcəyimidüşünürəm. Artıqfəaliyyətimigenişləndirdikdənsonragəlirləriartırmaqməqsədiilə dahageniş ərazilərə elanverəcəyəm.

Biznesimi planlaşdırdıqdan sonra, mənə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmaq qalır. Bunun üçün “Fiziki şəxslərin vergi uçotu haqqında Ərizə”ni və qeydiyyat üçün lazım olan digər sənədləri vergi orqanına təqdim etmək lazımdır. Bu barədə ətraflı məlumatı 195 çağrı mərkəzindən və www.taxes.gov.az səhifəsindən almaq mümkündür. Bütün bunları yerinə yetirdikdən sonra artıq biznesimə başlaya bilərəm.

Biznesi hələ ki, tək qurmağı düşünürəm, amma satışlar artdıqca işçi sayı artacaq və tanıdığım, əl qabiliyyətinə güvəndiyim, etibarlı insanlarla əməkdaşlıq edəcəm. Kim bilir, bəlkə, bir gün şirniyyat sektorunda brend ola biləcək səviyyəyə çatacağam.

Hər bir böyük uğur kiçik cəhdlərdən, hər bir kiçik cəhd isə böyük xəyallardan yaranır. İmkanlarınız məhdud ola bilər, yetər ki, xəyal gücünüz zəngin olsun…

Müəllif: Sitarə Ağayeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256