MÜSABİQƏ

İşinizi asanlaşdıracaq biznes – “STOLÜSTÜ KİTAB”
13 FEVRAL 2017
1103

İşinizi asanlaşdıracaq biznes – “STOLÜSTÜ KİTAB”

2017-02-13 12:34:00

Hər kəs hansısa işə başlamazdan əvvəl müəyyən götür-qoy edir, prosesləri başlanğıcdan mənfəət və zərərinə qədər bir anlıq nəzərdən keçirir. Başlamaq, qorxu, bazar, rəqabət, itirəcəklərim və ən sonda, bəs arzum?

Əslində fəaliyyətin əsas məqsədi uğurdu, ancaq bu şəxsi narahat edə biləcək bir səbəb deyil. Biznes bir fəaliyyətdir və yaxud bir neçə fəaliyyətə verilən ümumi ad. Məqsəd gələcəkdə səmərə əldə etməkdir. Lakin bununla yanaşı, insanlara və biznesin əhatə dairəsinə hansı dərəcədə gərəkli olması isə həmin səmərə və fayda qədər vacib və maraqlıdır. Əsl biznesmen –  hər ikisini eyni anda bacaran, uğurlu adamdır.

Fikrimdə tutduğum və reallaşdırmaq istədiyim biznes düşünürəm ki, çox sahəni əhatə edəcək. Və düzgün strategiya ilə paralel olaraq uğur gətirə biləcək bir layihə olacaq. İdmandan təhsilə, əyləncədən restoranlara və s: Bu qədər kontingenti bir arada toplamaq və biznesin əhatə dairəsinə salmaq maraqlıdır elə deyilmi? Məhz hər bir yaş və sahə qrupları ilə qarşılıqlı çalışmaq genişlik baxımından önəmlidir.

İndi isə keçək əsas məsələyə. Biznesin ana məkanı bir sayt olacaq. Və bütün istehlakçı qrupu ilə üzləşmələr, tələb və təklif münasibətləri həmin bu məkanda baş verəcək. Bu biznes sadəcə sizin işinizi asanlaşdıracaq və əsas gəlir mənbəyi siz fiziki şəxslər olmursuz. Təsəvvür edin siz X bir ərazidə yaşayırız və həmin ərazi yaxınlığında aylıq 40-60 manat aralığında olan bir xarici dil kursu axtarırsız. Yaxud trenajorla məşğul olmaq istəyirsiz və sizin qrafikinizə və cibinizə uyğun bir zal axtarırsız. Axşam yeməyi üçün qarşı tərəfi fikrinizdə tutduğunuz səviyyədə bir restorana dəvət etmək istəyirsiz, həftə sonu kollektivə yaxın qiymət və şərait baxımından münasib bir stadionda futbol oynamaq istəyirsiz, sizə yaxın olan bir ərazidə foto-studio lazımdır və s. Bütün bunları sizə lazım olan anda axtarıb tapmaq, seçim etmək, qərar vermək kifayət qədər vaxt aparacaq. Və siz potensial təkliflərin hamısı ilə tanış ola bilməyəcəksiniz. Biznes ideyam isə yuxarıda bəhs etdiyim kimi səmərəyə paralel olaraq insanların işini asanlaşdıracaq bir plandır. ASAN tap. Axtardığınız hərşeyi arzuladığınız səviyyədə və zamanda asanlıqla tapacaqsız.

Beləliklə, paytaxt ərazisindən başlayaraq əhatə daiərəsini mərhələli şəkildə genişləndirməklə ölkə üzrə restoran, trenajor, əyləncə mərkəzləri, bütün növ kurslar, bank və bankomatlar, gözəllik və kişi salonları, market şəbəkələri, bağça və məktəblər, kafe və çay evləri, futbol stadionları, digər idman zalları və s. xidmətlər təklif edən müəssisələr həmin saytda ünvan və rəsmləri ilə birlikdə ətraflı məlumatlı şəkildə yerləşdiriləcək. Maraqlı bir şəxs isə istədiyi ərazini seçməklə qiymət və kefiyyətə uyğun arzuladığı ünvanı bir toxunuşla tapa bilər. İstehlakçı üçün bundan gözəl nə ola bilər ki?

Təbii ki, məmnun və heç bir xərc çəkmədən. Sahibkarın isə necə və hansı cür mənfəət əldə edəcəyi isə istehlakçıya bir o qədər maraqlı olmur və sadəcə sahibkarı maraqlandırır.

Sayt öz yaradıcı işi ilə bir şəbəkə halına gəlir və mobil tətbiqetməsi ilə birlikdə hər kəsin imtina edə bilmədiyi bir “stolüstü kitab” rolunu oynayacaq.

Sahibkar üçün əsas məsələ yəni, gəlir isə təklif müəssisələr ilə qarşılıqlı münasibətlər və reklam şəklində olacaq. Unutmaq olmaz ki, reklam satışın yarısıdır və hər bir istehsalçı və yaxud xidmət təklif edən obyekt satışının yaxşı olduğundan əmin olacağı bir saytdan heç vaxt imtina edə bilməz.

Müəllif: Əsgər Qasımov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301