MÜSABİQƏ

Maliyyə sektorunda biznes qurmağın – ŞƏRTLƏRİ
09 FEVRAL 2017
1376

Maliyyə sektorunda biznes qurmağın – ŞƏRTLƏRİ

2017-02-09 09:47:00

İqtisadiyyat dedikdə ağlımıza ilk öncə Biznes gəlir. Çünki biznes iqtisadiyyatın tərkib hissəsidir. Və hər kəs biznesini qurmağa çalışır.

Hər birimiz biznesimizi özümüz idarə etməliyik. Biznes dedikdə market sahibi, icraçı direktor deyil, hər bir sahədə olan biznes nəzərdə tutulur. Hər bir sahənin özünə uyğun, məqsədyönlü şəkildə biznesi var. Hər kəsin düşüncələrinə istinad edərək iş qurmağın ən rahat yolu biznes qurmaqdır.

Lakin biznes qurmagın nə qədər cətin, məsuliyyətli olduğunu düşünməliyik. Bunun üçün maddiyyat, savad və geniş düşüncəyə sahib olmaq lazım gəlir. Ən böyük cətinlik isə "Mən hansı sahədə biznes qura bilərəm?" sualına dəqiq düşünülərək, gələcəyi görərək cavab tapmaqdır.

Mən maliyyə sahəsində öz biznesimi rahatlıqla qura bilərəm. Çünki dünya iqtisadiyyatla inkişaf edir. Maliyyə isə iqtisadiyyatın bir qoludur. Yenə bir neçə suala cavab vermək lazım gəlir: Maliyyə üzrə necə biznes qura bilərəm?, Bu sahəni bitirib harda işləyə bilərəm? 

Bu sahəni bitirən hər bir savadlı tələbə, savadlı kadr dünyanın istənilən yerində, istənilən sahəsində özünə iş tapıb, öz biznesini qura bilər. Məsələn: Bank müdiri, Kurs rəhbəri, hər hansı istər özəl, istərsə də dövlət şirkətlərinin maliyyə xidmətində işləyə və zamanla biznesini qura bilər.

Biznes qurmaq dedikdə ağlımıza iqtisadiyyatın maliyyə sahəsi deyil, iqtisadiyyatın bütün sahələri nəzərdə tutulur. Hər kəs öz biznesini istədiyi, bacardığı sahədə qura bilər. Bunun üçün əsas şərt hər bir kəs öz biznesinin peşəkarı olmalıdır. Necə deyərlər , yalnız həvəslə gördüyün iş səni peşəkar edə bilər.                                                   

Müəllif: Məlahət Tahirli 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254