MÜSABİQƏ

Mobil tətbiqlərdən necə qazanmaq olar?
07 FEVRAL 2017
1375

Mobil tətbiqlərdən necə qazanmaq olar?

2017-02-07 17:53:00

Sabah Şimkəntə uçuram. Şimkənt Qazaxıstanda şəhərdir. Heç istəmirəm, ancaq ya işsiz qalacağam, ya da Qazaxıstana getməliyəm, başqa yolum yoxdur.

Neçə vaxtdan bəri şəhərin təbiəti ilə maraqlanıram, bir yandan da, rus dili öyrənirəm. İşə düzələndə rus dilini bildiyimi demişdim. Odur ki, qısa vaxtda öyrənməliydim.

Bakıdakı ofisdə iki işçi idik, məndən başqa bir xanım da var idi. İşlər pisə getdi deyə, mənə ehtiyac qalmadı Bakıda. Qərara aldılar ki, Qazaxıstanda da ofis açaq. Mən Qazaxıstanda oturum, xanım isə Bakıda. Ofisdən çıxaq dedilər. Mənə də tapşırıq verdilər ki, bir şirkət tapım, 250-300 manat qarşılığında bizə bir masa versinlər, bizim işçimiz oturub reklamlarla məşğul olsun. Buradakı mebelləri də satacaqdıq. 15 gün vaxtım var idi şirkət tapmağa. 3-5 gün axtardım heç bir nəticə olmadı. Sonra öz ofisimizin şəkillərini çəkib internetdə elan verdim: 3 otaqlı ofis bütün ofis avadanlığı ilə birgə icarəyə verilir, məbləğ 600 manat. Hər gün 4-5 şirkətdən zəng gəlirdi. Nəhayət ki, bir şirkətlə razılığa gəldik. Biz ofis üçün ümumilikdə 900 manat ödəyirdik. İndi üçdə ikisini onlar üçdə birini isə biz ödəyəcəkdik. Qarşılığında onlar bizim mebellərdən istifadə edə bilərdilər. Biz də hər üç otaqdan lazım olduqca istifadə edə bilərdik. Ancaq daimi oturan bircə xanım işçimiz olacaqdı. Əslində ofis kirayə götürüb mebellərlə təmin edib bir neçə şirkətə eyni vaxtda kirayə vermək də, çəkici fikirdir. Ancaq bu məqalə onun haqda deyil.

Çoxdan beynimdə fırlanan mobil oyun ssenarisi

Əyləncə tipli oyun tətbiqlərini insanlar çox bəyənir və milyonlarla istifadəçiyə sahib olan bir sahədir. Oyunu sosial şəbəkə ilə birləşdirsək necə olar?  Onu da bilin ki, oyun tətbiqlərinin əsas gəlir mənbəyi istifadə zamanı ekranda efirə gedən reklam banerləri hesab olunur. Mümkün qədər qısa cümlələrlə fikrimi izah etməyə çalışacağam.   Qeydiyyatdan keçib özünüzə profil yaratdıqdan sonra fb, twitter kimi sosial şəbəkələrdən dostlarınızı dəvət edə bilərsiniz, eləcə də, profiliniz ana səhifədə aktiv axtarışçı kimi görünəcək.

Qeydiyyatdan keçdiyiniz andan etibarən dəvət etdiyiniz hər bir yeni profil sizin dostunuz ola bilməkçün (qaydalarını qismən sizin qoyduğunuz ) oyundan qalib ayrılmalıdırlar.

Profilinizin aşkar və ya gizli iki üzü olacaq. Birinci, üz sadəcə ünsiyyət qurmaq üçün istifadə etdiyiniz pəncərədən ibarətdir. İkinci, yəni gizli üz isə sizinlə maraqlanan daha doğrusu diqqətinizi çəkməyə çalışan insanlar üçün nəzərdə tutulub. Tanıdığınız və tanımadığınız insanlar sizə dostluq təklif etdikdə profilinizin gizli üzündə ilişib qalırlar. O bölmədən çıxmaq  bir o qədər də asan olmayacaq.

Bununçün siz xəyali xəritədə şəhərin istənilən nöqtəsinə virtual  qıfıllar gizlədirsiniz. ( Pokemon Go oyununu xatırla) İlk mərhələdə sizinlə dost olmağa can atan profil bu qıfılı tapmalıdır. Qıfılda sizin hazırladığınız sualla qarşılaşacaq. Bu sual göz rənğinizlə, ən sevdiyiniz rənglə və ya ABŞ-ın ilk prezidentinin həyat yoldaşının adı ilə bağlı sual ola bilər. Sualı cavablandıran şəxs yeni bir sualla da qarşılaşa bilər. Sizin inamınızı qazanıb dostluğunuzu qəbul da edilə bilər. Bu sizin ilkin olaraq seçdiyiniz oyun mərhələlərinin sayından asılıdır. Qıfılları gizlətdiyiniz ünvanlar da sizin seçiminizdən asılıdır.

Bu fikir beynimdə çoxdan fırlanır

Bu gün isə buna bənzər başqa bir fikir gəldi ağlıma. Oyunun adı “Barmen” olacaq. Bu oyundan daha çox sosial şəbəkə sayılır yəqin. Ya da adına real oyun da demək olar. Bir tətbiq fikirləşin. Şəhərin istənilən nöqtəsində restoranda və ya hoteldə işləyən barmenlər qeydiyyatdan keçə bilərlər. Eləcə də başqa kim istəsə qeydiyyatdan keçib özünə eynən facebook və ya diyər şəbəkələrdəki kimi profil yarada bilər. Ancaq bu şəbəkədə barmenlər xüsusi rol oynayır. Onlar bu şəbəkənin əsas elementləri hesab olunurlar. Belə ki, barmenlər işlədikləri yeri tam dəqiqliyi ilə qeyd edirlər. Və onlarla heç bir maneəsiz əlaqə yaratmaq mümkündür. Bu əlaqə görüntülü və ya sadə zəngdən ibarətdir. Xanım istifadəçilərə dostuq təklifi gəldikdə bu təklifi qəbul və ya rədd edə bilərlər və ya üçüncü bir çıxış yolu da var. Dostluq arzusunda olan profili qeydiyyatda olan barmenlərdən birinə yönləndirə bilərlər. Və barmenlə əlaqə yaradıb ona sual verirlər. Barmen də öz növbəsində bu sualı ona yaxınlaşan profil sahibinə verməlidir. Ancaq bir şərtlə o şəxs bardan nə isə sifariş etməli və şəklini çəkib öz profilində paylaşmalıdır. Yalnız bundan sonra sualı eşitməyə haqq qazanmış olur. Sual isə istənilən səpgidə ola bilər. Sadə sual da ola bilər, riyazi sual da, hətta məntiqi sual da verə bilərsiniz.

Əslində bu mobil tətbiqi artıq mövcud olan sosial şəbəkələrə tətbiq etmək daha məqsədəuyğun olardı. Günlük həyatda hər gün ən azı 3-5 nəfər dostluq istəyi göndərsə də, bu dostluğun o insanlar üçün nə dərəcədə vacib olduğunu bilmirik və doğrusu, heç bu haqda düşünmürük də. Sadəcə təklifi rədd edirik bu qədər.

Restoranda işlədiyim vaxtlar “TopTable” adlı bir tətbiqlə bizə müraciət etmişdilər. Həmin proqram vasitəsi ilə restoranlarda masa sifariş etmək olurdu. Onlara da bu kimi təkliflə müraciət etmək olardı. Onlar öz proqramları çərçivəsində buna bənzər bir oyun təşkil edə bilərdilər.    

Müəllif: Cavid Mikayılov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253