KADR İŞİ

Vilayət Eyvazovdan yeni - TƏYİNAT
24 SENTYABR
178

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

2019-09-24 11:21:00

Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyinatı olub. 

Fins.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polkovnik-leytenant Seymur Sadıqov təyin edilib. 

S.Sadıqov bu təyinata qədər Tovuz Regional Mühafizə İdarəsində rəis vəzifəsində çalışıb. 

Qeyd edək ki, Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi, polis polkovniki Şəmistan Kərimov olub. Bir müddət əvvəl o, yaşa görə təqaüdə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır