KADR İŞİ

Statistika Komitəsi 40 minə yaxın şəxsi müvəqqəti işə götürüb
16 SENTYABR
170

Statistika Komitəsi 40 minə yaxın şəxsi müvəqqəti işə götürüb

2019-09-16 17:48:00

“Azərbaycanda 10 ildən bir keçirilən əhalinin siyahıya alınması üçün hazırlıq işləri tam başa çatdırılıb. Artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb”.

Report agentliyi xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi (DSK) sədrinin müavini Rauf Səlimov deyib.Onun sözlərinə görə, əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb: “Artıq həmin şəxslərlə müqavilə bağlanılıb. Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sentyabrın 23-26-da sayıcılar üçün təlim keçiriləcək. Ayın 1-dən isə əhalinin siyahıyaalınması prosesi başlanacaq. Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar Komitəyə göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır