KADR İŞİ

Bankı tərk edən şəxs Şirkətə direktor təyin edilib
02 SENTYABR
289

Bankı tərk edən şəxs Şirkətə direktor təyin edilib

2019-09-02 17:16:00

“Azər Türk Bank” ASC-ni tərk edən Rəşad İbrahimovun yeni təyinat aldığı iş yerinin adı məlum olub.

Fins.az-ın Banker.az-a istinadən xəbərinə görə, R.İbrahimov, Azərbaycanda fəaliyyət göstərən taksi-yükdaşıma şirkəti olan “Cargo.az” MMC-yə baş direktor təyin olunub.

Xatırladaq ki, İbrahimov cari ilin iyul ayına qədər “Azər Türk Bank”da Layihələrin İdarəolunması Ofisinə rəhbərlik edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır