KADR İŞİ

Liderlərin ƏSLA işlətməməli olduğu 3 söz
18 İYUL
197

Liderlərin ƏSLA işlətməməli olduğu 3 söz

2019-07-18 15:58:00

Stiv Cobs işçilərinə qəzəbləndiyi üçün peşmanlıq duymaması ilə məşhur idi. İlon Mask isə işçilərinin dediyinə görə, birlikdə çalışmaq istəməyəcəyiniz bir insandır. Amazon şirkətinin təsisçisi Ceff Bezos da işçilərinə həddindən artıq sərt reaksiya verməsi ilə tanınır. İşçiləri Ceff Bezosla işləməyin heç də asan olmadığını, çünki onun ünsiyyəti kodlaşdırmağa çalışdığını deyirlər. Belə ki, Bezosun bir təbəssümü belə hər hansı bir insanı cəzalandırmaq mənası daşıya bilir.

Ancaq liderlərin istifadə etdiyi üslub bu qədər sərt və cəzalandırıcı olmalı deyil. İşçilərini ruhlandırmağı hədəfləyən liderlər sərt üslubdan yayınmalıdırlar. Bugünkü məqaləmizdə sizlərə liderlərin xüsusilə öz komandası və müştərilərinin nəzərində daha yaxşı reputasiyaya sahib olması üçün işlətməməli olduqları üç sözü təqdim edirirk.

1. “Niyə?”

Bəzi liderlər bir çox məqamlarda işçilərini özlərini qəribə hiss etdirən sorğu-sual qarşısında qoyurlar. Məsələn, “Bu tapşırıq niyə təqvimdə sarı rənglə işarə edilib?”

Niyə sualına veriləcək ən məntiqli cavab çünki ilə başladığı üçün gərək ki, sualı cavablandıran şəxs düzgün cavabı tapsın. Nəticədə işçilər rəhbərlərinə onların istədikləri cavabı verməyə çalışdıqları üçün dürüst ünsiyyət pozulmuş olur.

Bu haldan yayınmaq üçün isə çünki cavabını tələb etməyən suallar verilməkdir.

2. “Amma”

Amma kəlməsi özündən əvvəl deyilən bütün fikirləri inkar etdiyi üçün söz debatı yaratmış olur. Belə bir nümunə gətirə bilərik: “İyul və avqust ayları müəssisəmiz üçün olduqca məhsuldar keçmişdir, ancaq sentyabr ayının başa çatmasına təkcə iki həftə qalıb.”

Bu cümləni aşağıdakı cümlə ilə əvəzləyə bilərik.

“İyul və avqust ayları müəssisəmiz üçün olduqca məhsuldar keçmişdir və sentyabr ayının da başa çatmasına iki həftə qalıb.”

Yuxarıdakı cümlələrdən birincisi işçilərdə müəyyən narahatlıq hissinin yaranmasına səbəb olacağı təqdirdə, digəri isə onları ruhlandıracaq.

3. “-malı2 şəkilçisi”

Bu söz insanları ittiham etməyə istiqamətləndiyi üçün gələcək yönlü olmaq əvəzinə geriyə aparır. Qarşı tərəfin özünü məyus hiss etməsinə gətirib çıxarır. Bu, uğurlu liderlər üçün heç də yaxşı bir hal deyil, çünki uğurlu liderlərin əsl məqsədi ilham verməkdir.

“Bu hesabatda statistiki göstəricilərə daha çox yer verməli idin” və ya “Bu ləvazimatları daha əvvəl sifariş verməliydin” kimi ifadələr insanların motivasiyasını aşağı salır.

Sonda onu qeyd edək ki, insanların sizi dəstəkləməsi üçün əvvəlcə sizə etibar etmələri lazımdır. Buna isə düzgün ünsiyyət yolu ilə nail ola bilərsiniz.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır