KADR İŞİ

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib
11 İYUL
732

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib

2019-07-11 11:13:00

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

Fins.az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271