KADR İŞİ

Bakı şəhər prokurorluğunda təyinatlar olub
09 İYUL
197

Bakı şəhər prokurorluğunda təyinatlar olub

2019-07-09 10:21:00

Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar keçirilən müsabiqə başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün aprelin 9-da Müsabiqə Komissiyası yaradılıb və aprelin 12-də həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.

Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Baş prokurora təqdim ediliblər.

Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə kecirilən müvafiq ixtisasartırma kursuna cəlb olunub və kursu uğurla başa çatdırıblar.

Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə etmiş prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027