KADR İŞİ

Mədət Quliyev daha bir şəxsi vəzifəsindən azad edib
05 İYUL
607

Mədət Quliyev daha bir şəxsi vəzifəsindən azad edib

2019-07-05 17:03:00

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində daha bir şəxs kollegiya üzvlüyündən çıxarılıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, yeni müdafiə naziri təyin olunmuş general-polkovnik Mədət Quliyevin əmrinə əsasən şöbə müdri olan Rəmzi Əbil oğlu Şükürovun adı kollegiyanın siyahısından çıxarılıb. R.Şükürov Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdri idi.

Hazırda kollegiyanın üzvləri siyahısında vakant yerlərin sayı 4-ə çatıb. Bildirək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi Nazirlər Kabinetinin 05 iyun 2007-ci il tarixli 90 nömrəli Qərarı ilə təsdiqlənib. Ümumi sayı isə sədr daxil olmaqla 11 nəfər olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027