KADR İŞİ

Ramil Usubovdan - TƏYİNAT
12 İYUN
694

Ramil Usubovdan - TƏYİNAT

2019-06-12 11:16:00

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. 

Fins.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 

O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib və onun yerinə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263