KADR İŞİ

Ramil Usubovdan YENİ TƏYİNAT
07 İYUN
1576

Ramil Usubovdan YENİ TƏYİNAT

2019-06-07 09:48:00

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub. 

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov daxili işlər orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər əmrlə həmin vəzifəyə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır