KADR İŞİ

Milyarderlə naharın qiymətində yeni rekord: 3,5 milyon dollar
31 MAY
543

Milyarderlə naharın qiymətində yeni rekord: 3,5 milyon dollar

2019-05-31 12:12:00

Hər il keçirilən xeyriyyə hərracı hələ yekunlaşmamış məşhur amerikalı sahibkar və milyarder-investor Uorren Baffetlə naharın qiyməti 3,5 milyon dollara çataraq yeni rekord müəyyən edib.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, naharın ilkin qiyməti 25 min dollar təşkil edirdi. Hazırda "eBay" online platformasında keçirilən hərracda dörd nəfər iştirak edir. Hərracın yekun nəticəsi mayın 31-də axşam saatlarında məlum olacaq.

Milyarderlə naharın öncəki rekordu 2016-cı ildə müəyyən edilib (3,46 milyon dollar).

Milyarder Uorren Baffetlə nahar etmək imkanının satışa çıxarıldığı hərrac 2000-ci ildən bəri hər il keçirilir. Hərrac zamanı əldə edilən gəlir San-Fransiskoda kasıblara və evsizlərə yardım edən "Glide Foundation" təşkilatına daxil olur. Hərracın qalibi nahara özü ilə daha yeddi nəfər gətirə bilər. Nahar adətən Nyu-Yorkdakı məşhur "Smith & Wollensky" restoranında baş tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır