KADR İŞİ

İşə qəbul prosesində səs tonunun əhəmiyyəti
14 MAY
193

İşə qəbul prosesində səs tonunun əhəmiyyəti

2019-05-14 11:53:00

Bir çox xarici ölkələrdə iş müsahibələri zamanı namizədlərin stress səviyyəsini ölçmək üçün səs analizi proqramlarından istifadə edilir.

Artıq sadəcə işə qəbul prosesində deyil, ünsiyyət bacarıqlarını, vəzifədə irəliləmə üçün uyğunluğu və işçilər arasındakı stress səviyyəsinin qiymətləndirilməsində də danışıq testindən istifadə edilir.

Söylənilənləri dinləyən isə insan deyil kompüterdir. Bəs bu üsul obyektiv ola bilərmi, riskləri varmı?

Sistem belə işləyir: 15 dəqiqəlik səs yazma həyata keçirilir. Bu səs yazmaya görə səs tonu, söz seçimi, cümlə quruluşu kimi nüanslar rəqəmsal olaraq dəyərləndirilib həmin şəxsin dəyişikliyə açıq olmaq, həvəs, empatiya kimi xarakterik xüsusiyyətlərini müəyyənləşdirir. Buna müvafiq olaraq hazırlanan cədvəl və diaqramlar namizədin nə dərəcədə istiqanlı, məqsədyönlü, vəzifəyə əhəmiyyət verən və s. olduğunu göstərir. Sonra bu göstəricilər işverənin tələb etdiyi meyarlarla qarşılaşdırılır.

Baş qərargahı Almaniyada yerləşən “Precire Technologies” adlı şirkətin qurucularından olan Mario Reis “Dünyada bu qədər xüsusiyyət, bacarıq və danışığı 15 dəqiqə ərzində analiz edəcək başqa heç kəs yoxdur” deyir.

Şirkət 6000 insanın danışığını qeydə alıb bu insanlara xarakter testi də tətbiq edir.

Beləliklə də danışıq tərzləri ilə uyğun gələn müvafiq xarakterik xüsusiyyətlər müəyyən edilir.

“Şirkət səs yazmanı ən yaxşı satış mütəxəssisinin və ya ən yaxşı liderlik bacarıqları olan insanların səs yazma qeydləri ilə qarşılaşdırır. Obyektiv dəyərləndirmə həyata keçirilir. Bu prosesi insan həyata keçirdikdə isə istər istəməz subyektiv yanaşmaya yol verilə bilər” deyir Mario Reis. O, həmçinin bu yeni üsulun işverənlər üçün olduğu qədər namizədlər üçün də əlverişli olduğunu qeyd edir.

Lakin, karyera məsləhətçisi Matthias Martensə görə bu üsul işçilər üçün əlverişli deyil.

Məsələn, şirkətin dilini xarici dil olaraq danışanlar və ya nəticəyə təsir göstərmək üçün danışıq tərzini dəyişdirənlər üçün bu üsul əlverişsizdir. Eyni zamanda səsinin yazılmasını istəməyənlər də həmin işə müraciət etməkdən yayınır.

Səs yazmanın nəticələrini təhlil edən insan resursları üzrə mütəxəssislər də bu mövzu ilə bağlı kifayət qədər məlumatlı deyillərsə, qərarların qəbul edilməsində cihazlara daha çox rol düşür.

Qlazqo Universitetindən Dr. Alessandro Vinciarelli səs analizi üsulundan son beş ildir ki istifadə edildiyini söyləyir.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271